Tibb işçilərinə ödənmiş əlavə məbləğ - 6 milyon manat

Mart ayında koronavirusun müalicəsinə cəlb olunmuş 9 min 483 tibb işçisinə əlavə maaş ödənilib.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

O qeyd edib ki, bu məbləğ ümumilikdə 6 milyon manat deməkdir: "Amma bu, hələ son deyil. Müraciətlərdə texniki dəqiqləşdirmələr aparılandan sonra qeydiyyata alınmış tibb işçilərinə də əlavələr ödəniləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31