Korona xəstəsinin sağalmasına nə qədər xərc çəkilir?
6 May 2020 17:51 Sosialİlkin hesablamalara görə, 1 xəstəyə təqribi 80-150 manat xərc çəkilir. Amma bu, yalnız mart ayı üçün nəzərdə tutulan büdcədir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.
Z.Əliyev qeyd edib ki, bu xərcə xəstəyə lazım olan geyim, qida, tibb ləvazimatları və həkimlərin ödənişi daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31