Zaur Əliyev vətəndaşları tövsiyələrə riayət etməyə çağırdı
6 May 2020 17:41 SosialTəəssüflər olsun ki, son günlərdə yoluxma faktları artır. Bunun səbəbi isə insanların gigiyenik-profilaktik tədbirlərə tam riayət etməməsidir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.
Z.Əliyev bildirib ki, əvvəllər hər 10 nəfərdən 6-7-si qoruyucu ləvazimatlardan istifadə edirdisə, hazırda bu rəqəm ikiqat azalıb: "Bu da yoluxmanın əhatəsini artıran faktordur. Vətəndaşlarımızı verilən tövsiyələrə daha ciddi riayət etməyə çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31