Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə olunub

Mayın 6-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan növbəti təlim də məhz ixtisasartırma kursların gələcək formatına həsr olunmuşdur. Mərkəzin əməkdaşları ilə yanaşı vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak etmişdir. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət İdarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış etmişlər.

Olaylar.az bildirir ki, iştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perespektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadilələsi də aparımışlar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük təlabat olduğu iştirakçılar tərəfindən bildirilmişdir.

Tədbirin sonunda Mərkəzin direktoru A.Usubəliyev Nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirmişdir. Daha sonra Mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31