Rəqsanənin köməkçisi KORONAVİRUSDAN ÖLDÜ

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi zamanı Rusiyadakı həmvətənlilərimizə yardım aksiyası ilə son zamanlar adından söz etdirən müğənni Rəqsanə İsmayılovadan xəbər var.

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənninin Rusiyada həyata keçirdiyi yardım aksiyasında köməkçilərindən olan azərbaycanlı qadının öldüyünü bildirib.

Prodüserin sözlərinə görə, qadın 3 gün idi ki, şimal qonşumuzda xəstəxanalardan birində pandemiyadan müalicə alırdı:

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31