"Ərimə heç kim dözməzdi, mən dözürəm" - Xatirə

"Heç nəyim gizlin deyil, hər şeyi açıb danışıram. Aprelin 25-də səyahətim var idi, bilet də almışdım. Qaldı".

Bu sözləri müğənni Xatirə İslam "5/5" verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb.

Övladından danışan Xatirə "Çalışıram oğluma görə qalmaqallardan uzaq olum. İstəmirəm problem yaşayım, o lentə oğlum baxsın" sözlərini söyləyib.

Valideynlərindən bəhs edən ifaçı ailə üzvlərini telefonda "qara siyahı"ya atdığını etiraf edib:

"Ailə üzvlərimdən hamını "qara siyahı"ya atmışam: anamı, bacımı, qardaşımı. Hərdən səbirsizlənirsən, hamı əsəbidir. Mənim də xoşuma gəlməyən nəsə olanda "qara siyahı"ya atıram. Xasiyyətimdə çox şeyləri silmək istəyərdim".

Aparıcının "Kim sənin yerinə olsaydı ona dözməzdi" sualına müğənni belə cavab verib:

"Fəxrəddin... (həyat yoldaşı - red.) İnanın ki, düz dyirəm. Ona heç kim dözməzdi, amma mən dözürəm".

axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31