Paytaxtda baş vermiş qəza avtobusların gecikməsinə səbəb olub

Bir qədər əvvəl Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığında ("20 Yanvar" dairəsi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev verib. O, bildirib ki, hazırda prospektin qeyd edilən hissəsində tıxac var. Bu səbəbdən də həmin istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31