Yoluxma azalsa, mayın 11-dən... - İbrahim Məmmədov

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ticarət mərkəzlərinin mayın 11-də açılacağı məlum deyil: "Rayonlarda ticarət mərkəzləri artıq açılıb. Həmin yerlərə təlimatlar təqdim edilib. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına gəlincə isə statistika pozitiv istiqamətdə olarsa, mayın 11-dən bu məsələyə baxıla bilər".

Qeyd edək ki, bu gün Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31