Karantin rejimi sərtləşdirilə bilər, vəziyyət pisləşməyə doğru gedir - TƏBİB
5 May 2020 17:45 SosialƏgər yoluxma halları artarsa, ola bilər ki, regional olaraq, yaxud da ölkə ərazisində karantin rejimi sərtləşdirilsin.
Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.
"Hər birimiz normal həyat tərzinə qayıtmaq istəyirik. Amma ilk olaraq insanların sağlamlığı əsas məsələdir. Bu gün qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də göstərir ki, vəziyyət pisləşməyə doğru gedir. Hər kəs qaydalara riayət edib, maskadan istifadə etsin", deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31