Buraxılış və qəbul imtahanlarının formatı dəyişəcək

İmtahanların formatında müəyyən dəyişikliklər nəzərdə tutulub. "Olaylar" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O, bildirib ki, sanitar-gigiyenik tələblərdə mütləq dəyişiklik ediləcək: "Karantin rejimi tətbiq olunan zaman vətəndaşlar evdən icazəsiz çıxa, rayondan rayona gedə bilməz. Rejimin qaydalarına uyğun olaraq formatı müəyyənləşdirəcəyik. Bizim imtahanlarımız kütləvi xarakter daşıyır. Sanitar-gigiyenik tələblər mütləq dəyişəcək. Əvvəllər bir partada iki nəfərin oturmasına icazə verirdik, ancaq artıq uşaqlar partalarda bir-bir oturacaq və onların arasında metr yarım məsafə olacaq. Hətta martın 1-də keçirilən imtahanda biz uşaqların hərarətini yoxlayırdıq, istiliyi yüksək olanlar imtahanlara buraxılmamışdı. Binaların sanitar-gigiyenik qaydalara uyğun olaraq dezinfeksiya edilməsi də əsas şərtlərdəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31