AƏSMA-da onlayn təhsil aparılır

Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin  dayandırılması ilə əlaqədar aprelin 13-dən etibarən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası onlayn təhsilə başlayıb. "Olaylar" xəbər verir ki, Akademiyada onlayn formada təhsil tədrisin planı üzrə dərslərin 100%-ni əhatə edir.

AƏSMA-da onlayn təhsil Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Onlayn-təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi "Microsoft Teams" platforması üzərində təşkil olunur. Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq "Microsoft Teams" platformasında Akademiyanın bütün əməkdaşları və tələbələri üçün domenlər yaradılıb.

"Microsoft Teams" platformasının imkanları: video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün iteraktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək onlayn təhsilin effektiv şəkildə təşkil edilməsinə şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31