Mehriban Əliyeva hərbçilərlə birgə şəhidlərin məzarını ziyarət etdi

"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim".

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram səhifəsində qeyd edib.

Məzunlarla birgə şəhidlərin məzarını ziyarət edən Azərbaycanın Birinci vitse-prezidenti bu sözləri əlavə edib:

"Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm.

Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.

Allah rəhmət eləsin.

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31