Məcburi köçkün məktəblərinə qəbulla bağlı dəyişiklik
30 Mart 2019 23:42 SosialMəcburi köçkün ailələrindən olmayan uşaqlar məcburi köçkün məktəblərinə qeydiyyata düşə bilməyəcəklər.
Bununla bağlı bütün siniflər üzrə digər rayonlardan olan uşaqların bu məktəblərə qəbul edilməsinə məhdudiyyət qoyulub.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, bu məhdudiyyətin qoyulması "Təhsil haqqında" qanunda da öz əksini tapıb.
Amma bu kateqoriyaya aid olmayan ailələrin uşaqlarının məcburi köçkün məktəblərinə qəbulunda bəzi istisnalar da var.
Məhəbbət Vəliyevanın sözlərinə görə, bütün ümumtəhsil məktəblərində uşaqlar üçün kifayət qədər yer olduğundan hər bir şagird qaydalar və ərazi üzrə aid olduğu məktəbdə təhsil almalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31