“Mühacirlərin həyatı”kitabı nəşr olunub
30 Mart 2019 22:06 SosialFransada fəaliyyət göstərən "Kəpəz" nəşriyyat evi azərbaycanlı mühacir Timuçin
Hacıbəylinin "Mühacirlərin həyatı" kitabını çap edib.
T. Hacıbəylinin mühacirət xatirələri, Paris Sülh konfransında iştirak edən
Azərbaycan nümayəndə heyətinin üzvləri Ceyhun Hacıbəyli, Əlimərdan bəy
Topçubaşovla görüşləri,müəllifin ailə üzləri də daxil olmaqla bir çox mühacirlərin
üzləşdikləri çətinliklər kitaba daxil edilib.
T. Hacıbəyli İkinci dünya müharibəsində Fransa ordusunun əsgəri olmuş qardaşı
haqqında da qeydlər edib, Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq
əlaqələrindən də yazıb.
"Mühacirlərin həyatı"nda T.Hacıbəylinin əlyazmalarının orijinalları yer alıb.
Kitaba yazılmış ön sözün müəllifi Ramiz Abutalıbovdur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Fransaya
səfəri zamanı azərbaycanlı mühacirlərin ailə üzvləri ilə görüşəndə belə bir kitabın
nəşrini təklif edib və T.Hacıbəylinin ailə üzvləri bu təklifi razılıqla qarşılayıblar.
Sonrakı müddətdə Komitə kitabın nəşr olunması üçün bütün maddi və texniki
dəstəyi göstərib. Kitabda P.Hacıbəylinin Fuad Muradova ünvanladığı təşəkkürə də
yer verilib.
Xatırladaq ki, Timuçin Hacıbəyli Üzeyir Hacıbəylinin qardaşı Ceyhun
Hacıbəylinin oğludur. Onun həyat yoldaşı Paskal Hacıbəyli və oğlu Benjamin
Hacıbəyli ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə
səfərdə olub,bir sıra görüşlər keçiriblər.