“Azərbaycan Diaspor Könüllüləri” proqramına start verildi

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu

il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika

toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət

təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də

məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına

tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər" fikirlərə əsaslanaraq "Diaspor

könüllüləri" adlı yeni proqrama başlayır.

Proqram çərçivəsində diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər

seçiləcəkdir. Proqramda iştirak arzusunda olanlar 10 aprel 2019-cu il tarixinədək

Dövlət Komitəsinin rəsmi internet saytında (http://diaspor.gov.az/volunteers/)

yerləşdirilmiş müvafiq formanı doldurmalıdırlar.

Müraciət edənlər içərisindən seçilmiş "Azərbaycan Diaspor Könüllüləri" 2 ay

müddətində Dövlət Komitəsində Könüllülük proqramı keçəcəklər. Proqramın ilk

iki həftəsi gənclərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı

haqqında ümumi məlumatlar veriləcək. Növbəti həftələrdə isə proqram ayrı-ayrı

qruplar şəklində müvafiq struktur şöbələrində davam etdiriləcək. Proqramda tam

iştirak etmiş gənclər Dövlət Komitəsinin sertifikatını alacaqlar.

Könüllülərin diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, yerli

və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi

tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak etməsi nəzərdə tutulur.

Əlaqələndirici şəxs Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator

Bəxtiyar Rəhimov.

Tel.: (012) 493 10 54; E-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31