Bu gecə Bakıda işıqlar söndürüləcək
30 Mart 2019 16:22 SosialBu gün Azərbaycan "Yer saatı" beynəlxalq kampaniyaya qoşulacaq.
BAKU.WS-in məlumatına görə, Kampaniya çərçivəsində bu gün axşam saat 20:30-da bir saatlıq paytaxtın mərkəzində işıqlar söndürüləcək.
"Yer saatı" dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edən aksiyadır.
Hər il martın son şənbə günündə qeyd olunan bu aksiya zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları söndürülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31