Alimlərdən sensasiyalı kəşf: Bu qidalar dəliliyin qarşısını alır

Alimlər insan psixikasına müsbət təsir göstərən qidaları müəyyənləşdiriblər.

Belə bir tədqiqatı əvvəllər Avstarliya alimləri aparıb.

Son zamanlar Böyük Britaniya alimləri eyni nəticəni təsdiq edən tədqiqatı başa vurublar. Onlar 15 yaşdan yuxarı 7108 insanı tədqiqata cəlb ediblər.

Məlum olub ki, meyvə və tərvəzdən müntəzəm istifadə təkcə insanın fiziki sağlamlığına yox, həm də psixoloji durumuna müsbət təsir göstərir.

Lids Univerisiteti isə 7 il ərzində 50 min britaniyalının psixoloji vəziyyətini təhlil edib. Həmin adamların psixi durumunu öyrənmək üçün 12 standart sualdan istifadə olunub.

Bir daha məlum olub ki, bitki mənşəli qida şatışmazlığı insanın psixi vəziyyətinə işsizlik və ya boşanma qədər mənfi təsir edir.

Bitki mənşəli qida komponentləri isə vitaminlər və antioksidantlar kimi psixi sağlamlıqda və aktiv beyin fəliyyətin müsbət faktor kimi çıxış edir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31