Sərnişin avtobusu yük avtomobilinə çırpıldı, yaralılar var - Qaradağda AĞIR QƏZA (YENİLƏNDİ)

Qaradağ rayonunda sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir. (report)

***

Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

***

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31