Polis maşında qadına təcavüz etdi - İş yoldaşları isə...
30 Mart 2019 12:22 Sosialİstanbul Fatehdə saxladıqları taksidəki Özbəkistan əsilli I.K. adlı (27) qadının yanında kimliyi olmadığı səbəbilə polis avtomobilinə alınıb, 4 saat saxlanılıb təcavüz edilməsi və1400 TL valyutasının alınmasına dair 1-i məhbus, 5 polisin mühakimə olunduğu iddiada, prokuror qərarını bildirib.
Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, prokuror təcavüzlə günahlandırılan müttəhim polis Şərəf Ş. haqqında 46 ilə qədər həbs tələb edib.
Prokuror digər üç polis haqqında isə "günahı demədikləri" səbəbilə 3 ilə qədər həbs tələb edib.
İstanbul 8-ci Ağır Cəza Məhkəməsində baxılan məhkəmə iclasında, məhbus müqəssir Şərəf Ş. ilə həbssiz müttəhimlər İsmayıl K, Malik Bin Ənəs S, Yaşar S, Ahmet B. və vəkilləri iştirak edib.
Şərəf Ş."hadisələri olduğu kimi danışdım. Təhrif etməmişəm. Hər hansı bir məcburiyyət olmayıb. 6 aydır ki, dustağam. Həyat yoldaşım və iki qızım var. Günahsızam. Azadlığımı istəyirəm" deyib. Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin vəkili söz alaraq müttəhimlərin müdafiələrinin ziddiyyətli olduğunu, şikayətçinin deport edilməyini nəzərə alaraq şikayətçi olduğunu və bu məqamın nəzərə alınmasını bildirib.
Müttəhim polislər Əhməd B, Malik Bin Ənəs S, Yaşar S.nin "Məmurun günahı bildirməməsi" cinayətindən 9 aydan 3 ilə qədər həbslə cəzalandırılmasını tələb olunub.