Yanğından zərərçəkənlərə ayrılan 3 milyonun maliyyələşməsi təmin edildi
29 Mart 2019 17:18 SosialPrezident tərəfindən yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olunub. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib. O, qeyd edib ki, Bakı şəhərinin Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31