Yanğında zərər çəkən sahibkarlara 5 ticarət obyekti təklif olunub

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə ticarət obyektləri təklif olunub. İqtisadiyyat Nazirliindən "Olaylar"a verilən məlumata görə, təkilf olunan obyektlər Dərnəgül şossesində yerləşən "Eurohome" tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında  dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111); Təbriz küçəsində yerləşən "Eurohome Express" də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555); "Sədərək" ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189), Qabil Nəhmədov (tel:050 213 3368); AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118); S.Vurgun küçəsində yerləşn "AF-Center" ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660)

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31