Zərərçəkən sahibkarlarla fərdi görüş keçiriləcək

Cari ilin 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası  Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bununla bağlı, Bakı şəhəri, Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək. Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31