Milli Məclisdə “Diqlas” söhbəti

Milli Məclisin martın 29-da keçirilən plenar iclasında millət vəkilləri "Diqlas" Ticarət Mərkəəzində baş verən yanğın və onun nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirər aparıblar. Deputat Siyavuş Novruzov qeyd edib ki, ötən gün Prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirə keçirdi və sığorta ilə bağlı göstəriş verildi. Milli Məcsliin də İqtisadiyyat və sahibkarlıq komitəsində bununla bağlı layihələr hazırlanmalıdır. Qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır: "Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərlərinə götürürlər". S.Novruzov təəssüflə qeyd edib ki, Azərbaycanda baş verən hər hansı belə hadisələrdən süi-istifadə edənlər var: "Bəziləri müxtəlif çağırışlar edirlər, insanları mitinqlərə çağırırlar. Ötən il prezident seçkilərindən sonra dövlət başçısı söylədi ki, bütün detalları dinləyib və bütün məsələr Onun diqqətindədir. Ümumxalq səsverməsindən sonra Prezident elan etdi ki, problemlər həllini tapacaq. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Problemlərin həllinə milyardlarla vəsait ayrılır. Amma təəssüf ki, mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatlardan çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir". Deputat söyləyib ki, həmin qüvvələr hələ 90-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün süi-istifadə ediblər: "Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır". Cənab Prezident tərəfindən imzalanan əfv sərəncamının hər hansı təzyiqlər əsasənda imzalanmasına dair yalnız fikirlərin irəli sürüldüyünü pisləyən S.Novruzov vurğulayıb ki, Əfv sərəncamı kimlərinsə təzyiqi vasitəsilə həyata keçirilməyib. Bu ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın qəti şəkildə kimlərinsə bəyanatı ilə əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı onların yanında olub. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Bu cür məsələləri baykot edənlərin erməni xislətində olduğunu göstərirlər. Bu cür addımları puç etməliyik".

Deputat Fəzail Ağmalı bildirib ki, ölkə prezidenti yüksək səviyyədə müşavirə keçirdi. Həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə sübut etdi ki, dövlət və onun başçısı hər zaman xalqının yanındadır. Deputat bildirib ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən bu günə qədər Azərbaycan xalqı ilə bərabər olduğunu daima nümayiş etdirib. F.Ağamalı "Diqlas" Ticarət Mərkəzindəki yanğından danışarkən sığorta şirkətlərinə də diqqət çəkib: "Mütləq deyil ki, bu cür hadisələr zamanı hər bir şeyi dövlət öz üzərinə götürsün. Sadəcə, dövlətin funksiyaları çərçivəsində olmalıdır. İnkişaf etmiş ölkələrə nəzər salaq. Onlarında olduğu kimi Azərbaycanda da sığorta şirlətləri inkişaf etdirilməlidir. Ölkədə sığorta şirkətləri var. Lakin həmin şirkətlər inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın. Bu zaman belə hallar yarananda sığorta şirkətləri baş verən hadisələr zamanı itkiləri ödəyə bilsin".

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, baxmayaraq ki, yanan "Diqlas" Ticarət Mərkəzi özəl sektor idi, orada çalışan sahibkarlar öz əmlaklarını sığorta etdirməli idi və bu vəziyyətdə öz haqlarını sığorta şirkətlərindən tələb etməli idilər. Amma məlum oldu ki, sığorta olunmayıb və orada çalışan 100-lərlə vətəndaşımız bir günün içərisində öz əmlaklarından məhrum olublar. Ancaq Azərbaycan dövləti və aparılan güclü sosial siyasət nəticəsində hər bir zaman vətəndaşının yanında olduğunu, onların problemlərinin həllində dəstək olduğunu bir daha göstərdi". O, bildirib ki, cənab prezidentin bu məsələni operativ sürətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, ölkə başçısı 2003-cü ildə prezident səlahiyyətlərinə başlayarkən "mən hər bir azərbaycanlının prezidenti olacağam" siyasətini hər dəfə həyata keçirir: "Cənab prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib. Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür. Bu, əlbəttə böyük ruh yüksəkliyi, dövlətə bağlılıq yaradır".

Millət vəkili Fazil Mustafa deyib ki, dövlətin həmişə belə yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır. Çünki, Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq adı sahibkarın dəftərində olur: "İcarə müqaviləsi bağlananda niyə tələb qoyulmur ki, sığorta olunmalıdır? Qanunvericilikdə də bu əksini tapır. Burada söhbət Azərbaycan Prezidentinin islahatlarını yandırmaq cəhdindən gedir. Bir məqamı da qeyd edim. Artıq 5-6 aydır ki, icra hakimiyyəti başçıları sərəncam vermir, insanlar işləməlidir. Digər tərəfdən, iş adamları günlərlə gözləyir ki, "ASAN İmza"nı yeniləsin. Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu. Bu cür addımlarla atılan gözəl işlərə kölgə salınmamalıdır. Bu, cəmiyyəti xaosa sürükləməkdir. İnsanlara bu qədər dövlət vəsaiti ayrılır, şərait yaradılır ki, vətəndaş dirçəlsin. İş adamı iş yeri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin. Biz bunu edə bilməsək, büdcədə sonra başqa işlərə pul tapa bilməyəcəyik".

Sonra millət vəkilləri gündəlikdə duran "Mediasiya haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsini aparıblar. Qeyd edək ki, sənəddə Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur. Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq. Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, "Mediasiya haqqında" qanun layihəsinə görə mülki və ailə mübahisələri ilə bağlı icrabi olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir. Bu halda tərəflər müəyyən xərclər ödəməlidirlər: "Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq.Millət vəkili bildirib ki, mediasiya insitutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur: "Qanuna görə mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır. Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs necə tərəflər arasında vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələb olunmalı, eyni zamanda hüquqi təcübələrinin olması tələb edilməlidir. Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə oranlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa vətəndaşı boş yerə məcbur edəcəyik ki, məhkəmədən əvvəl boş yerə mediatora müraciət et". Q.Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: "Biz harada görmüşük ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyasını yerinə yetirib? Ona görə də mediatorlarla bağıl yaş həddi də ən azı 30 yaşa qaldırılmalıdır".

Deputat Əflatun Amamşov deyib ki, təcrübədə xırda məsələlərin də məhkəmələrə daşındığının şahidi oluruq. Bu, məhkəmələrin yükünü artırır, bu səbədən hesab edirəm ki, "Mediasiya haqqında" qanun layihəsinin qəbul edilməsi bu yükü əhəmiyyətli dərəcədə azaldacaq. Rəhbərlik etdiyim Mətbuat Şurası ilə kiçik müqayisə apardım. Danılmaz faktdır aki, Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi azalmasına səbəb olub". O, bildirib ki, vətəndaşlardan daxil olan yüzlərlə şikayət məhkəmələrə ünvanlansaydı nələr baş verərdi?: "Bu baxımdan "Mediasiya haqqında" qanun layihəsinin əhəmiyyətli rol oynayacağına əminəm". Millət vəkili mediasiya şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib: "Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağıl məhkəmədərə gldən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, mediasiya şurasının fəaliyyəti üçün həm də dövlət bübcəsindən vəsait ayrılmasa, bu institutun fəvaliyyətində çətinlik yaranacaq". Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31