Deputat: “18 yaşına çatmayan uşaqlara energetik içkilərin satışı qadağan edilsin”

"Qida Təhlükəsizliyi Agentliyi 18 yaşına çatmamış uşaqlara energetik içkilərin satılmamasını tövsiyə edir. Bu içkilər genefondumuza böyük zərərlər vurur". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva söyləyib.Q.Paşayeva deyib ki, məktəblərin kənarında energetik içkilər geniş satılır: "Qida Təhlükəsizliyi Agentliyi də bu mövqedədirsə, ailələrin də müraciətini nəzərə alaraq bu məsələyə baxaq. Qanunla 18 yaşına çatmayan uşaqlara energetik içkilərin satışı qadağan edilsin və buna görə cinayət məsuliyyəti nəzərdə tutulsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31