Cahangir Hacıyevin bacısı aeroportda saxlandı – FOTO
29 Mart 2019 14:30 SosialBeynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.
Ə.Hacıyeva özü də Bizimyol.info-ya xəbəri təsdiqləyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.
Əminə Hacıyeva
Əminə Hacıyevanın təyyarə bileti
Əminə Hacıyevanın Ramil Usubova müraciəti
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31