Nazir vətəndaşlarla görüşüb

Gənclər və idman  naziri  Azad  Rəhimov martın 29-da    Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər  və  rayonlarından  olan vətəndaşları  qəbul  edib. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda  26  nəfər  vətəndaş  dinlənilib.

Bunlardan  5  nəfəri gənclər , 11  nəfəri  idman  sahəsi , digərləri isə,  "Gənclər evi",  Olimpiya  İdman  Kompleksləri, eyni  zamanda,  digər  idman  qurğularının  tikintisi  və  təmiri , idman  avadanlıqlarının  verilməsi, ipoteka krediti və iş ilə bağlı  müraciətlər  olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayanların isə  qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilib. Bir  qisim müraciət  isə  baxılması  üçün  icraya  yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31