Azərbaycanda yeni medal təsis edilib
29 Mart 2019 13:19 SosialAzərbaycanda yeni medal təsis edilib. "Olaylar" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Belə ki, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir. Təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31