Vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat!" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Olaylar.az xəbər verir ki, 02-10 aprel 2019-cu il tarixlərində Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

Ağac tinglərinin paylanılması aksiyası 02 aprel 2019-cu il tarixində

Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə

Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda

Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz

bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan

13:00-dək keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31