Bu gün Nadirin oğlunun nişanıdır

Müğənni Nadir Bayramlı oğlunu evləndirir. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Hər şey daxil" verilişində deyib. 

Nadir bildirib ki, övladı İmanın nişan mərasimi bu gün keçiriləcək. O, gələcək gəlininin qohumu olduğunu da gizlətməyib: 

"Evlilik məsələsində oğlumun üstünə getmirəm. Ona təklif etdim, özü düşündü. Seçimi özü edib. Evlilik ciddi işdir, boşanmaq faciədir. Qarışmamaq lazımdır, amma ata-ana xeyir-duası da mütləqdir".

Bayramlı bildirib ki, gəlininin adı Güneldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31