DİQQƏT: banklar bu məbləği əhaliyə geri qaytaracaq - RƏSMİ
1 Mart 2019 01:21 SosialDevalvasiyadan sonra dolların bahalaşmış məzənnəsi ilə kredit ödəyən şəxslərə kreditin devalvasiyaya məruz qalmış hissəsi geri qaytarılacaq.BakuPost-un xəbərinə görə, bu barədə məlumatı Mərkəzi Bankın baş direktoru Rəşad Orucov verib. O, REAL TV-nin canlı yayımında prezidentin bugünkü fərmanını şərh edib.Baş direktor deyib ki, əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq: "Söhbət devalvasiya zamanı götürülən dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31