Diaspor təşkilatında yeni təyinat

Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinin sərəncamı ilə Nicat İlyasov DAA rəhbərinin milli azlıqlar və dini məsələlər üzrə müşaviri təyin olunub. Bu barədə məlumat "OLAYLAR"-a DAA-dan daxil olub. Bildirilib ki, Nicat İlyasov diaspora sahəsində tanınan gənclərdəndir.

O , 1985 -ci ildə Bakıda dünyaya gəlib. Gənc Demokratlar, Demokratik Azərbaycan Naminə Gənclər təşkilatlarının rəhbərliklərində təmsil olunub, bununla yanaşı o, DAK Gənclər Təşkilatının da rəhbəri olub.

Bakı Dövlət Universitetinin Regionşünaslıq fakultəsinin Qafqazşünaslıq bölümünü, Gəncə Dövlət Universitetinin isə tarix fakultəsi üzrə magistr dərəcəsini bitirib. 10-ilə yaxındır ki, Rusiyanın Moskva şəhərində yaşayır.

Azərbaycan, rus, türk və erməni dillərini bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31