Azay Quliyev: "Bu tarixi və humanist qərara görə cənab Prezidentə təşəkkür edirəm"

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə problemli kreditlərlə bağlı imzaladığı fərmana görə təşəkkür edib. "Olaylar" xəbər verir ki, deputat bu barədə tvitter hesabında yazıb: "Problemli kreditlərlə bağlı dövlət başçısı qərar verdi. Vətəndaşların banklara 10 min ABŞ dollarınadək olan kredit borclarının devalvasiya ilə əlaqədar manatla artmış hissəsini müvafiq qaydada dövlət ödəyəcək. Bu tarixi və humanist qərara görə cənab Prezidentə təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31