Evsizlərin problemləri necə həll olunacaq? - “Qərarlar kağız üzərində qalmamalıdır” - Ekspert - VİDEO

Ölkədə on minlərlə insan var ki, mənzil ehtiyacı içərisindədir və bu məsələ tədricən həll olunacaq. 

Bunu  "VECON" MMC-nin təsisçisi və direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyib. 

O bildirib ki, dövlət rəhbərliyi müxtəlif sərəncamlar verməklə, qərarlar qəbul etməklə bu məsələnin tədricən həll olunmasına çalışır. Ekspert onu da qeyd edib ki, məsuliyyətli qurumlar sistemi elə qurmalıdırlar ki, əhalinin bütün təbəqələri nəzərə alınsın, verilmiş qərarlar kağız üzərində qalmasın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31