Akademik Ziya Bünyadovun qətlindən 22 il keçir

Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun anım günüdür.

Olaylar.az xatırladır ki, Ziya Bünyadov 1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olub. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Z.Bünyadov xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü, 1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdi. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa etmişdi. O, 1997-ci il, fevral ayının 21-də işdən çıxıb evinə gedərkən yaşadığı binanın blokunda cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31