İmtahanların vaxtı dəyişdi
21 Fevral 2019 11:46 SosialDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcəkdir. Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31