İmzalanmış yeni Fərman mənzillərin alınması və sənədləşdirilməsini asanlaşdıracaq

"Dövlət başçısının mənzillərlə bağlı verdiyi fərman əhalinin sosial rifahının təmini rolunu oynayır. Ölkədə yaşadığı mənzili sənədləşdirə bilməyən və bu səbəbdən də müxtəlif rəsmi qurumlarla problem yaşayan minlərlə ailə var. Prezidentin son fərmanı çox qısa zamanda bu problemlər aradan qalxacaq. 2020-ci ilin yanvar ayının 1-nə qədər ölkədə sənədsiz ev qalmayacaq. Bu fərman əhali ilə yanaşı tikinti şirkətlərinin də xeyrinədir. Bu səbəbdən də prezidentin bu addımı ölkədə tikinti sənayesinin inkişafına da təkan verəcək. Artıq mənzil almaq və onu sənədləşdirmək çox asan olacaq".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, artıq mənzil almaq və onu sənədləşdirmək çox asan olacaq: "İmzalanan fərmanın digər mühüm məqamı ondan ibarətdir ki, vətəndaş mənzilə tam hüquqlu sahib ola bilmədiyindən bələdiyyələrdə onlardan  əmlak vergisi yığa bilmirdi. Çünki həmin mənzillər mənzil sahiblərinə müqavilə əsasında satıldığıdan bələdiyyə əmlak vergisi ala bilmirdi. Bundan sonra vətəndaşın mülkiyyət sənədi olduğundan bələdiyyə əmlak vergisi topalaya biləcək və buda  bələdiyyənin büdcəsinin və nüfuzunun artmasına gətirib çıxaracaq. Bu da nəticədə  bələdiyyələrin fəaliyyətinin akitvləşdirəcək və  müəyyən işlər görməyə başlayacaq. Odur ki,  imzalan fərman həm də bələdiyyələrin inkişafına təkan verəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31