Pirallahıda partiya fəalları Fəxri Fərmanla təltif olunub
" YAP Pirallahı rayon təşkilatı sədri Hikmət Şikarovun 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair Hesabat yığıncağı keçirilib. Olaylar.az xəbər verir ki, Hesabat yığıncağını açıq elan edən sədr, bildirdi ki, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti məhsuldar olmuş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır.
20 Fevral 2019 13:52 Sosial" YAP Pirallahı rayon təşkilatı sədri Hikmət Şikarovun 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair Hesabat yığıncağı keçirilib.
Olaylar.az xəbər verir ki, Hesabat yığıncağını açıq elan edən sədr, bildirdi ki, hesabat dövrü ərzində təşkilatın fəaliyyəti məhsuldar olmuş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır.
Hesabat çıxışına münasibət bildirən yığıncaq iştirakçıları 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab etdilər.
Tədbir partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsi və 2018-ci ildə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etmiş partiya fəallarının Fəxri Fərmanla təltif olunması ilə başa çatdı.