Siyasi partiya yaratmaq elə də asan olmayacaq

Tələblərin sərtləşdirilməsi təklif olunur

Azərbaycanda siyasi partiya yaratmaq üçün tələb olunan imzaların sayı artıtrıla bilər. Belə ki, hazırda siyasi partiyaların qeydiyyatı üçün seçicilərin bir faizinin imzası tələb olunur ki, bu göstəricinin beş dəfə artırılması üçün "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur. Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bu gün Azərbaycanda faktiki olaraq beş milyona yaxın seçici var və bu baxımdan, onun bir faizi beş minə yaxın seçici edir. Bu məntiqlə bizdə artıq partiyaların qeydiyyatı üçün tələb olunan min nəfərlik imza beş min nəfərlik imza ilə əvəzlənməlidir. Bir partiyanın mövcudluğu, qeydiyyatdan keçməsi üçün ən azı beş min imza lazımdır. Onun sözlərinə görə, indi ölkədə partiyaların qeydiyyatdan keçməsi üçün tələb olunan imza sayı xeyli azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31