Müxalifətin mitinq şousu fiaskoya məhkumdur- SİYASİ ANALİZ

Antimilli ünsürlərə cəmiyyətdən heç bir dəstək yoxdur

Azərbaycanın siyasi səhnəsində  heç bir çəkiyə malik olmayan radikal meyillilər  özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən  AXCP, "Müsavat"  və  Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar  öz fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf ki, bu fəaliyyət anti-Azərbaycan dairələrin diktəsi ilə həyata keçirilir. İndiyə qədər  qondarma Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının keçirdiyi mitinqlər radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini ortaya qoyub. Cəmiyyət bir daha görüb ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin "siyasi alət"i qismində çıxış edirlər. Heç şübhəsiz ki, hər zaman olduğu kimi bu dəfə də adları çəkilən şəxslər tərəfindən nəzərdə tutulan mitinq uğursuzluğa düçar olacaq. Ona görə ki, həmişə müxalifətin mitinqlərinə ancaq elə öz qohumları, partiya daxilində olan şəxslər qatılır. Xalq radikal müxalifətin keçirdiyi heç bir mitinqi dəstəkləmir və bu mitinqlərə qatılmır. Çünki bu qüvvələr xalqın gözündən tamamilə düşüb. Artıq insanlar yaxşı dərk edirlər ki,  müxalifət təmsilçiləri məkirli niyyətlərini həyata keçirməkdən ötrü hər fürsətdən yararlanmağa çalışıblar. Milli Şura, AXCP, Müsavat funksionerlərinin başlıca məqsədləri xarici maraqlı dairələrin çirkin planlarını relallaşdırmala qrant almaqdır. Yəni öz şəxsi mənafeləri üçün hər cür yaramaz əməllərdən istifadə edilər. Amma nə etmələrindən və nə istəməsindən asılı olmayaraq onlar heç nə edə bilməyiblər. Müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki müxaliflər xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur.

Xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır.Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Daha da dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur. Çox təəssüf ki, bu çirkin oyuna gənclər, aztəmiatlı təbəqələr, azyaşlı uşaqlar və hətta radikal islamçıların da cəlb edilməsinə cəhd göstərilir. Sosial bazası, elektoratı tükənmiş radikal müxalifətin müəyyən etdiyi şüarlar məhz bu qənaətə gəlməyə əsas verir. Daha acınacaqlı hal odur ki, radikal dindarlar adı altında qadın və azyaşlı uşaqlar aksiyalara cəlb olunur. Cəlb olunduğu aksiyanın mahiyyətini belə dərk etməyən bu toplum dini şüarlar səsləndirməklə başları üzərinə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətinə görə həbs olunmuş şəxslərin portretlərini qaldırılar.

Siyasi ekspertlərin qənaətinə görə, radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini müəyyən xarici qüvvələrin maraqları üzərində qurduğundan ilk növbədə vətəndaş etinasızlığı ilə qarşılanır. Digər tərəfdən, radikal ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, hətta ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar. Bununla da dağıdıcı düşərgə təmsilçiləri terrorçu və radikal qruplaşmaları dəstəkləməklə öz siyasi simalarını aşlkar şəkildə ortaya qoyurlar. Təsadüfi deyil ki, radikal müxalif qruplaşmalarının duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən yol verilən cinayət tərkibli əməllərə bəraət qazandırmağa çalışırlar. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq göstəriblər. Qondarma Milli Şuranın əvvəlki mitinq şousunda "İŞİD" bayrağının qaldırılması təsadüfi deyildi. Bu qurumda  cəm olmuş radikal düşərgə nümayəndələrinin bu cür ekstremist mövqedən çıxış etmələri təəccüblü görünmür. Fakt isə ondan ibarətdir ki, Azərbaycan xalqı millətin və dövlətin qəniminə çevrilən radikal müzalifətə etimad etmir. Elə bu səbədən də müxalifətin mitinqinin fiaskoya uğrayacağı şübhə doğurmur.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31