Səfər Mehdiyev Ağsuda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev fevralın 23-də saat10:00-da Ağsu şəhərindəki Heydər ƏliyevMərkəzində (Ağsu şəhəri, Azərbaycan küç. 25 ) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31