Rektor tələbələrlə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüş təşkil olunub, həmçinin qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,  Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq, onlara yaz semestrində uğurlar arzulayıb.

Aİİ-nin təlim-tərbiyə istiqamətində mütəmadi olaraq işlər gördüyünü nəzərə çatdıranrektor İnstitutun qarşıda duran məqsədlərindən söz açaraq, gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, həmçinin ölkənin ictimai-siyasi həyatında fəal olmağı tələbələrə tövsiyə edib.

İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31