Döş xərçəngi bir gündə müalicə olundu - Dünyada ilk

Nis şəhərində "Anton Lassanc" mərkəzində həyata keçirilən lumpektomiya və bir dəqiqədən az çəkən radioterapiyadan sonra qadının döşündəki şiş çəkilib.

Xanım səhər tezdən birbaşa əməliyyata alınması üçün xəstəxanaya gətirilib. Lakin həkimlər onu əməliyyata almayıblar. Bir dəqiqədən də az çəkən radioterapiyadan sonra şiş tədricən çəkilməyə başlayıb. Axşam saatlarında xanım evinə buraxılıb. Ona özünü nəzarətdə saxlaması tövsiyə olunub.

Bu müalicə baş tədqiqatçı professor Jan-Mişel Hannun-Levinin komandası ilə gördüyü işin nəticəsidir.

Məlum müalicə üsulu ilk dəfə Nisdən olan tanınmış radioterapist, professor Jan-Pier Jerard tərəfindən aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31