Dövlət Gömrük Komitəsi bəyənat imzalayıb

Fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb. Komitədən "Olaylar"a verilən məlumata görə, Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib və "Hunter" layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında gömrük sahəsindəki müasir beynəlxalq norma və standartların ölkəmizdə tətbiq edilməsi və Azərbaycan gömrüyünün dünyanın qabaqcıl gömrük orqanlarının səviyyəsinə çatdırılmasına dair tapşırıqlar müəyyənləşdirdiyini bildirən Komitə sədri "Hunter" layihəsinin də bu sahəyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Səfər Mehdiyev layihənin ikitərəfli əmkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Avropa təcrübəsinin öyrənilməsi baxımından çox önəm daşıdığını və xüsusən risklərin idarə edilməsilə bağlı Azərbaycan gömrüyünə fayda gətirəcəyini bildirib. Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31