Prezidentdən sənədsiz binalarla bağlı inqilabi qərar- TƏHLİL
19 Fevral 2019 16:23 SosialAzərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
Ölkədə həyata keçirilən tikinti bumu özü ilə bir sıra problemlər gətirib. Belə ki, hazırda Azərbaycanda çoxlu sayda səndsiz binalar mövcuddur. Vətəndaşların illərdən bəri həmin evlərdən istifadə etmələrinə baxmayaraq, binalar istismara qəbul oldunmadığından hələ də vətəndaşların mülkiyyət hüquqları tanınmır. Yəni, qanunvericilikdə mövcud olan boşluqlar həmin evlərin birbaşa sənədləşdirilməsinə imkan vermir. Onu da qeyd edək ki, çoxmənzilli binaların sənədləşdirilməməsi əhali üçün əlavə problem yaradıb. Belə ki, vətəndaşlar mülkiyyət sahibi olmadığı halda onlardan kommunal xidmətə görə haqq tələb olunur. Bu isə vətəndaşların haqlı narzaılığına səbəb olur. Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nı təsdiq edib. Fərmana əsasən sözügedən qanun qüvvəyə minədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bunula da on minlərlə fərdi evin dövlət qeydiyyatına alınması üçün hüquqi baza yaradılmışdı. İndi isə Prezident İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı bu sahədə yaranan problemlərin birdəfəlik həllinə səbəb olacaq. Dövlət başçısının Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edəcək, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verəcək və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərəcək.
Göründüyü kimi dövlət başçısının məlum Fərmanı vətəndaşların mülkiyyət hüququqnun tanınmasında xüsusi rol oynayacaq. Sənəddə aidiyyati qurumların prosesə müdaxiləsi isə sənədləşmə işinin tezi bir müddətdə, özü də sadələşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək. Fərman hətta, istismara qəbul üçün hazır olmayan binaların da sənədləşdirilməsinə imkan verəcək. Sənəddə həmçinin prosesual müddətlərin minimuma endirilməsi nəzərdə tutulur. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin edəcək, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini təmin edəcək. Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin edəcək. Təsadüfi deyil ki, Fərmanda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə çoxmənzilli yaşayış binalarının müayinəsi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlıq baxımından aktlaşdırılmasını təmin etməklə Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərmək, istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etmək tapşırılıb.
Məlumdur ki, hazırda Azərbaycanda, xüsusilə də Bakı şəhəri və Abşeron rayonunda istismara qəbul edilməyən çoxsaylı binalar mövcuddur. Bu evlər vaxtilə qanuni prosedura əməl edilmədən, eləcə də müvafiq icra hakimiyyəti orqanlarından rəsmi icazə alınmadan inşa edilib. Elə bu səbədən də həmin binalara qaz, su və elektrik enerjisinin verilməsi təmin edilməyib. İndi demək olar ki, bu Fərmanıdan sonra həmin buinalarda yaşayan sakinlər də sözügedən kommunal xidmətlərdən yaralana biləcəkər. Göründüyü kimi Azərbaycanda mövcud olan sosial problemlər ardıcıl şəkildə həllini tapmaqdadır. Etiraf edilməlidir ki, bu Fərman da əhalinin sosial problemlərinin aradan qaldırılmasına, eləcə də mənzil məişət şəraitinin yaxşılaşdırılmasına hesablaıb. Odur ki, bu Fərman minlərlə ölkə vətəndaşının mülkiyyət hüququnun tanınmasına səbəb olacaq.
Zəka