Etibarlı online-parolunu necə yaratmaq olar?
19 Fevral 2019 15:43 SosialPoçt hesabınız, sosial şəbəkə hesablarınız, bank hesablarınızın şifrələrini etibarlı hala gətirərək kiber problemlərdən özünüzü qoruya bilərsiniz.
Olaylar.az bildirir ki, təhlükəsiz şifrə yaratmaq üçün bu üsullardan istifadə edə bilərsiniz.
Uzun şifrələrdən istifadə edin. Təyin etdiyiniz şifrə nə qədər uzun olarsa, onu tapmaq üçün alqoritm də o qədər uzun olacaq.
Şifrə təkrar olmamalıdır. Bəzən bir şifrəni bütün şəxsi hesablarda istifadə edirlər. Bu zaman şifrənin tapılması ilə bütün hesdablarınız təhlükə altında qalır.
Şifrə qarışıq hərf və simvollardan yığılmalıdır. Hər hansı sözü və cümləni tapmaq, qarışıq hərf və simvolları tapmaqdan daha asandır.
Şifrənizi müəyyən fasilələrlə yeniləyin. Bir şifrədən bir neçə il istifadə etmək, hesabınız üçün təhlükəlidir.
Son olaraq şifrənizə şəxsi məlumatlar daxil etməyin. Məsələn, doğum tarixiniz, evlilik il dönümü, telefon nömrəsi və s.