Nazirlik ovçularla qrup yaratdı: Qurd ovu başlayır?
19 Fevral 2019 14:21 SosialGoranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək heyvanlara zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.
Nazirlikdən verilən məlumata görə, ETSN-nin və Azərovçu İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.
axr
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31