Deputat: Vətəndaşların alıcılıq qabiliyyəti aşağıdır

"Bu gün dövlət çox böyük işlər görür. Amma hanısısa əllər görülən işlərin insanlara çatdırılmasına maneə göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa xarici investorların ölkəyə cəlb olunması üçün rəqabət məcəlləsinin qəbul olunmasının vacibliyini vurğulayıb: "Ötən gün bazarların birində satıcılarla görüşdüm. Satıcılarla söhbətdən anlaşılır ki, vətəndaşların alıcılıq qabiliyyəti aşağıdır. Çünki insanlarda pul kütləsi yoxdur. Bu problemi aradan qaldırmaq lazımdır. Bu gün əsas problem rəqabətli mühitin olmamasıdır, inhisarın olmasıdır. Xarici investorların ölkəyə gəlməsinə şərait yaratmalıyıq. Bu gün açılan turizm obyektləri hamısı dövlət hesabına başa gəlir. Niyə xarici investorlar Gürcüstana sərmayə qoyur, Azərbaycana yox? Biz onlara şərait yaratmalıyıq. Xarici investorların ölkəyə gəlməsinə şərait yaratmalıyıq. Ona görə də hesab edirəm ki, "rəqabət məcəlləsi"ni tezliklə qəbul etməliyik, nəzarət mexanizmi yaradılmalıdı. Baş verən neqativ hallarla bağlı prezidentə məruzə olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31