Əmanətlər daha bir il qorunacaq-Milli Məclisdən qərar
19 Fevral 2019 12:42 Sosial"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik edilib. "Olaylar" xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu gün Milli Məclisin plenar islasında müzakirəyə (III oxunuş) çıxarılıb. Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Bildirib ki, dəyişikliyə əsasən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti 1 il müddətinə uzadılır. Qeyd edək ki, bununla bağlı president İlham Əliyev parlamentə qanun layihəsi göndərib. Dəyişiklik səsə qoyularaq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31