Parlament komitəsinin tərkibində dəyişiklik edilib

Milli Məclisin fevralın 19-da keçirilən plenar iclasında Gənclər və idman komitəsinin yeni tərkibi təsdiqlənib. "Olaylar" xəbər verir ki,  parlamentin  plenar iclasında Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Dəyişikliyə əsasən Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanov komitənin üzvləri seçiliblər. Adil Əliyev və Rauf Əliyev komitənin üzvlüyündən çıxarılıblar.  Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31