Beynəlxalq “Qış təlimi - 2019” keçirilir
19 Fevral 2019 12:29 SosialTürkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq "Qış təlimi-2019"da hərbi qulluqçularımızın iştirakı davam edir.
"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31